Əmir Teymur düşmən fillərini qorxutmaq üçün, dəvələri diri-diri yandırıb
Dünən, 08:54

Bir dəfə məşhur Əmir Teymur, adı Tamerlan, çox darıxır. Özünüz mühakimə edin: artıq 60 yaşınız var, nəhəng bir imperiyanın ağasısınız, çata bildiyiniz hər kəsi məğlub etmisiniz, pis-yaxşı hər şeyi ələ keçirmisiniz. Və sonra birdən başa düşmüsən ki, sənin sadəcə olaraq, heç bir başqa işin yoxdur.
Teymur bir müddət əylənir: paytaxtı Səmərqəndi abadlaşdırır, onu saraylarla, bağlarla bəzəyir, şahmat oynayır (məhz o, “Tamerlanın şahmatı” rəngarəng oyunlarını icad edib).
Ancaq tezliklə o, şəhərsalma simulyatorlarından da bezir və onu əsəbiləşdirməmək üçün, bütün rəqiblərin ona tabe olduğundan şübhələnərək şahmatdan imtina edir. Bundan sonra, Tamerlan Hindistanı ələ keçirmək qərarına gəlir. İşin də tərsliyindən həmin vaxt Dehli Sultanlığında vətəndaş müharibəsi yeni başlamışdı.

Rəsmi mənbə: “Mən Əmir Teymur və mənim təbəələrim dindar müsəlmanıq, siz isə Hindistanınızda bütpərəstsiniz”. Tamerlan çox bacarıqlı bir fürsətçi idi və mütəmadi olaraq, İslamdan öz siyasi məqsədləri üçün istifadə edirdi.
Teymur ordusunu “Köçərilər ordusu” kimi tanıtdırırdı. Şəxsən onun rəhbərliyi altında Köçərilər ordusu Hindistanı işğal edib və bundan sonra, ənənəvi monqol əyləncələrinə başlanıb: mülki insanları qul kimi talan və əsir götürülüb. Həddindən artıq qul olduğundan - təxminən 100.000 adam, Tamerlan hər ehtimala qarşı, onların hamısını məhv etməyi əmr edib.
Onu yalnız Dehli divarlarına gedən yolda az-çox əhəmiyyətli müqavimət gözləyib. Dehli sultanı Nəsirəddin Mahmud şahın qoşunları 120 döyüş filinin yürüşü ilə Tamerlanı qarşılamağa hazır olub. Fillərə zəncirvari dəmirdən dişləri zəhərlə bulaşmışdırılmış qalpaq geyindirmişlər.
Bu, ciddi problemə çevrilib: Belə ki, monqolların süvariləri heç vaxt hortumlu fil görmədiklərindən və onların nəriltisindən qorxub və əsgərlər dəhşətə gəliblər. Teymurun ordusu geri çəkilməyə başlayıbdı. Təcili olaraq qeyri-standart həll lazım idi və Tamerlan bunu tapıb.
Əmir əmr edib ki, qoşunundakı bütün dəvələri samanla yükləyib od vurub fillərin yanına qovsunlar.
Çılğın dəvələr Mahmudun döyüş dəstələrinə tərəf qaçaraq hind döyüşçülərinin nizamlı sıralarına xaos və çaşqınlıq gətiriblər. Bu vəhşıliyi görən fillər məntiqlə fikirləşiblər: “Əgər bu psixopat dəvələri ilə belə rəftar edirsə, bizimlə nə edəcək?” - və dərhal döyüşdən çəkilmək qərarına gəlib.
Taktiki bir geri çəkilmə edən fillər ədgərləri atıb, geriyə qaçmağa başlayıb və Dehli müdafiəçilərinin əhəmiyyətli bir hissəsini tapdalayıblar. Bundan sonra, əsəbləşən monqollar məğlub olan rəqiblərini mühasirəyə alaraq, onları öldürüblər və sonra müxtəlif mənbələrə görə, 50.000-ə qədər mülki vətəndaşı da məhv ediblər. Ümumilikdə, Tamerlanın Hindistana hücumu zamanı 1.000.000-ə qədər mülki şəxs məhv edilib.
Daha sonra, Tamerlan qaçan filləri toplayaraq, yeni fil dəstələri yaradıb və onu Anqora döyüşündə İldırım Bayezidlə döyüşdə uğurla istifadə edərək, Osmanlı İmperiyasını demək olar ki, çökdürmək həddinə çatdırıb.
Esmira ŞÜKÜROVA