Kürdlərin baryeri keçmə - Səbəbləri

9-06-2015, 11:40           
Kürdlərin baryeri keçmə - Səbəbləri
“Müxtəlif versiyalara və konspirasiya nəzəriyyələrinə ehtiyac yoxdur. HDP-nin baryeri keçməsində əsas günah elə AKP-nin özündədir”.

Axar.az xəbər verir ki, bu haqda politoloq Fərhad Mehdiyev yazıb. O, builki seçkilərdə HDP-nin baryeri aşması ilə bağlı maraqlı məqamları bölüşüb:

“1. Kürdlər Türkiyə əhalisinin 20 faizə yaxınını təşkil edir ki, bu da 10 faizlik baryeri keçməyə potensial imkan yaradır.

2. Daha əvvəl kürdlərin bir qismi kürdçü partiyalara, az bir qismi CHP-yə, son illərdə isə əsas hissəsi AKP-yə səs verirdi. MHP-yə heç səs vermirdilər.

3. AKP-nin bu seçkidə udması Ərdoğanın avtoritar prezident olmasına yol açacaq beləliklə də kürdlərin bütün davasına balta vuracaqdı. Bu səbəblə də kürdlər Ərdoğanın başqan olmaması üçün əllərindən gələni etməli idilər.

4. MHP və CHP-də bəzi insanların HDP-nin baryeri keçməsinə sevinməsi, onların HDP-ni seçdikləri anlamına gəlmir. HDP-ni kürd seçicilər seçib. O şəkildə səs vermələrinə səbəb də elə AKP-nin özüdür”.

Xatırladaq ki, bir müddət öncə politoloq saytımıza açıqlamasında AKP-nin təkbaşına iqtidara gələ bilməyəcəyini və bu üzdən də koalisiyaya getməli olacağını, eyni zamanda, seçkilərdə HDP-nin partiya olaraq üstünlük qazanacağını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru