Ərdoğan administrasiyasından Əsəd açıqlaması:"Anlaşmazlıq olub"

1-12-2016, 00:52           
Ərdoğan administrasiyasından Əsəd açıqlaması:"Anlaşmazlıq olub"
«Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmaq istədiyi ilə bağlı bəyanatını hərfi mənada başa düşmək lazım deyil».

Bunu Türkiyə Prezident Administrasiyasındakı mənbə RİA Novosti-yə açıqlamasında deyib.

Mənbə onu da bildirib ki, rəsmi Ankara Rusiya ilə aralarında yaranmış bu anlaşmazlığın tezliklə aradan qalxacağına ümid edir.

Xatırladaq ki, Ərdoğan Türkiyənin Suriyadakı əməliyyatlarının başlıca məqsədinin Bəşər Əsədi devirmək olduğunu açıqlayıb.

«Bizə Suriya torpaqları lazım deyil. Biz ədaləti bərpa etmək və dövlət terrorunu dəstəkləyən qəddar tiranın hökmranlığına son qoymaq üçün oradayıq», deyə Ərdoğan məlum bəyanatında qeyd edib.

Bu gün Kreml Ankaradan bu bəyanatla bağlı izahat tələb edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirib dekabrın 1-də türkiyəli həmkarı ilə görüşü zamanı Ərdoğanın bu bəyanatına aydınlıq gətirməyə çalışacaq(azadliq.info).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru