Türkiyə prezidentlik sisteminə keçir - İlk addım atıldı

2-12-2016, 09:06           
Türkiyə prezidentlik sisteminə keçir - İlk addım atıldı
Türkiyənin hakim partiyasının prezidentik sistemi ilə bağlı konstitusiyaya dəyişiklik edilməsi təklifi parlamentdə AKP-çi deputatların imzalamasına təqdim olunub.

Musavat.com-un məlumatına görə, hakim partiyadan deputat seçilən şəxslər qərarı imzaları ilə qəbul və ya rədd edə bilərlər. Təklif AKP-çilərin imzalamasından sonra Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunacaq və səsverməyə qoyulacaq. Təklif ən az 330 deputatın təsdiqindən sonra qəbul edilə bilər. Təklifdəki hansısa maddə 330-dan az səs toplasa, o zaman həmin maddə düşmüş hesab olunacaq. Əgər, ümumilikdə təklif 330 səsdən aşağı səs toplasa, o zaman prezidentlik sistemi təklifi iflasa uğrayacaq.

Qeyd edək ki, bu halda təklifin yenidən parlamentə təqdim olunması üçün azı 1 il vaxt keçməlidir.

Qeyd edək ki, təklif TBMM-də gərəkli səsi toplayacağı halda, referendum keçiriləcək və Türkiyənin prezidentlik sisteminə keçməsi haqda dəyişiklik xalq səsverməsi ilə müəyyən olunacaq.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru