Adanada PKK əməliyyatı — 5 nəfər həbs olunub

3-12-2016, 10:04           

Türkiyə polisi Adanada səhər saatlarında geniş əməliyyata başlayıb.

Ölkə.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adana Polis İdarəsinin terrorla mübarizə şöbəsinin başlatdığı əməliyyatda 5 nəfər həbs olub. Həbs olunanlar PKK terror təşkilatına üzv olmaqda şübhəli bilinir. Saxlanılan şəxslər prokurorluqda sorğu-sual edilir.

Xatırladaq ki, bir müddət öncə Adanada bələdiyyə binasında törədilən terror aktı nəticəsində ölən və yaralananlar olmuşdu.

Əməliyyatın gün ərzində də davam etdiriləcəyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru