Abdullah Gül yeni partiya yaratması barədə xəbərlərə münasibət bildirib

4-12-2016, 04:39           

Türkiyənin keçmiş prezidenti Abdullah Gül yeni partiya yaratması haqda xəbərləri təkzib edib.

“Report” xəbər verir ki, o, “CNN Türk”ə müsahibəsində Britaniyanın keçmiş baş naziri Toni Bleyerlə görüşməsi və yeni siyasi təşkilat yaratması haqda xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

“Məni tanıyanlar bilir ki, mən yerli insanam. Öz dəyərlərimizə inanan adamam. Amma yerli dəyərlərə inanan bir insan olaraq demokratiya və hüququ, bütün Qərb dünyasını çox yaxşı bilirəm. Əgər siyasətlə məşğul olsam, Qərbi Avropadan yox, öz xalqımdan dəstək alaram” – deyə Abdullah Gül bildirib.

Yeni partiya yaratması haqda xəbərləri təkzib edən Abdullah Gül bildirib ki, dövlət başçısı səlahiyyətləri başa çatdıqdan sonra siyasətdən getdiyini bir neçə dəfə bildirib. Lakin məlum siyasi dairələr bu məsələni məqsədli şəkildə gündəmə gətirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru