Rusiya təyyarəsini vurma əmrini verənin kimliyi açıqlandı

5-12-2016, 01:06           

Su-24 qırıcısını vurmaq üçün nə prezident, nə də baş nazir əmr verib.

Axar.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Şərq İnstitutu araşdırmaçısı Ruslan Qurbanov deyib.

Onun sözlərinə görə, göstərişi İncirlik bazasında növbətçi olan bir polkovnik verib. Rusiya kəşfiyyatı həmin polkovnikin Gülənin adamı olduğunu aşkar edib:

“Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən sonra xalqın NATO ilə bağlı düşüncələri ortaya çıxdı. Çevrilişə cəhdin planı İncirlikdə hazırlanıb. Türkiyə bu təhlükəni indi də hiss edir. Ancaq Ankaranın NATO-dan ayrılacağını demək doğru olmaz.

Gülənin cəmiyyətdə yaratdığı təşkilat iqtidarın mərkəzinə çatdı. Burada təşkilata ABŞ-dan güclü yardım gəlirdi. Təşkilat əslində Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bir qoludur. On illərdir dövlətə sızdılar. Gülənin ABŞ-da yaşamasına da MKİ yardım etdi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru