MKİ Davudoğludan istifadə edirdi – Şok iddia

5-12-2016, 11:07           

Türkiyənin qonşu ölkələrlə üz-üzə qalma ehtimalı çox olduğundan ABŞ bu ideyanı dəstəkləyirdi.

BAKMIL.TV xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının sədr müavini, təqaüddə olan general-mayor Bəyazid Qaradaş Tasnim agentliyinə müsahibəsində deyib.

Türkiyənin Yaxın Şərqdə atdığı addımlardan danışan siyasətçi Yeni Osmanlı fikrinin kökündən yanlış olduğunu iddia edib:

“Türkiyənin torpaq almaq kimi bir niyyəti yoxdur. Yeni Osmanlı fikri Davudoğlu (Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu – red) tərəfindən ortaya atılıb. Türkiyənin qonşu ölkələrlə üz-üzə qalma ehtimalı çox olduğundan ABŞ bu ideyanı dəstəkləyirdi. Yeni Osmanlı ideyası ABŞ-ın və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Davudoğludan istifadə edərək ortaya atdığı təbliğat vasitəsidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru