Antalyada FETÖ əməliyyatı - 60 nəfər tutuldu

6-12-2016, 20:08           
Antalyada FETÖ əməliyyatı - 60 nəfər tutuldu
Türkiyənin Antalya şəhərində genişmiqyaslı FETÖ əməliyyatı keçirilib.

AzVision.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyatda FETÖ/PDY üzvü olduqları iddiasıyla 60 nəfər saxlanılıb.

Saxlanılan şəxslərin evlərində aparılan araşdırma zamanı flash yaddaş, müxtəlif proqramlar, rəqəmsal materiallar müsadirə edilib. Şübhəlilərin xəbərləşmək üçün “Bylock” yazışma proqramı istifadə etdikləri məlum olub. Nəticədə saxlanılanların hamısı həbs edilib.

Hazırda polis 20 nəfərin axtarışını davam etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru