İrandan Ərdoğanın çağrışına daha bir cavab – “Bu təklifi çox müsbət qarşılayırıq”

7-12-2016, 00:14           
İrandan Ərdoğanın çağrışına daha bir cavab – “Bu təklifi çox müsbət qarşılayırıq”
İran Parlamentinin sədri Əli Laricani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkələrarası ticarət dövriyyəsində milli valyutadan istifadə edilməsi ilə bağlı təklifini müsbət qarşıladıqlarını açıqlayıb.

Axar.az xəbər verir ki, paytaxt Tehranda Parlament Günü münasibətilə təşkil olunan tədbirdə danışan Laricani ölkəsinin həmişə bu təkliflə çıxış etdiyini xatırladıb:“İran hər zaman ticarətin yerli valyuta ilə aparılmasının tərəfdarı olub. Sadəcə, pulu necə dəyişdirmək üçün mexanizm hazırlanmalıdır. Türkiyənin bu təklifini çox müsbət qarşılayırıq”.

Xatırladaq ki, dünən İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi də bu təklifə münasibət bildirmişdi. “Türkiyənin çağırışı uzun vədəli planlanmış bir plandırsa, müsbət çağırışdır. Türkiyə bu mövzuda ciddidirsə, əməkdaşlığa hazırıq”, – XİN rəsmisi qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru