Tükiyədə ASALA-ya qoyulan abidəni azərbaycanlı xanım yıxdı... - FOTO

7-12-2016, 14:00           
Tükiyədə ASALA-ya qoyulan abidəni azərbaycanlı xanım yıxdı... - FOTO
teref.az olaraq Türkiyənin Tuncelində erməni teror təşkilatı ASALA - ya abidə qoyulması və bu abidənin hörmətli Azərbaycan əsilli xanım professor Aygün Attarın başladığı kompaniya çərçivəsində yıxılması barədə yazmışdıq. teref.az yazır ki, dia.az bu hadisə barədə araşdırma aparıb
Türkiyənin Tunceli əyalətində erməni lobbisi tərəfindən terror təşkilatı ASALA-ya abidə qoyulması bu ölkədə birmənalı qarşılanmadı. Niderland türkləri Şurasının sədri, akademik Sefa Yürükel terror təşkilatına ucaldılan abidənin yıxılmasını istədi. Düşünün, terrordan əziyyət çəkən Türkiyənin onəmli əyalətlərinin birində ASALA-ya abidə ucaldılır və türk diplomatlarını şəhid edənlər qəhrəman kimi təqdim olunur.

Açılış mərasimində sözdə soyqırımı iddialarını ehtiva edən plakatlar açılır. Tuncelidə Nizamiyə mahalına bağlı Aşağı Doluca (Hari) kəndində terrorçu Armenak Bakırçıyan üçün ucaldılan abidənin açılışında HDP-nin Tuncelidən olan deputatlığa namizədləri Alican Önlü və Edib Şahin, Tunceli Bələdiyyəsinin həmsədri Nurhayat Altun, HDP, DBP, DHF, EMEP, ESP, DERADOST , “Partizan dərnək”, partiya və təşkilatların nümayəndələri, Yunanıstan, Fransa və başqa ölkələrdən gələn erməni diasporunun üzvləri iştirak edib.

Abidənin üzərində “Agos” qəzetinin öldürülmüş baş redaktoru Hırant Dinklə yanaşı, müxtəlif zamanlarda məhv edilən erməni terrorçularının adları da həkk olunub. Bütün bu məlumatları akademik Sefa Yürükeldən alan Azərbaycan əsilli professor Aygün Attar onun yardım istəyinə cavab verib. Aygun Attar bir çox diplomatlarımızın və ölkəmizi Türkiyədə təmsil edən rəsmilərimizin görmədiyi işi gördü.

Aygün Attar “erməni lobbisi Türk torpağında, Türk düşmənlərinə abidə inşa etdirə və məzar daşlarına da ASALA militanlarını “qəhrəmanlar” olaraq yazdıra bilməz” dedi.
ASALA terror təşkilatının üzvü və Qarabağ torpaqlarında axıdılan günahsız qanların səbəbkarı Monte Melkonyanın da adı bu abidədəyə həkk edilmişdi.
Aygün Attar “Bu xəyanət və rəzalət abidəsi dərhal söklülməlidir!" tələbini lazımı orqanlar qarşısında qaldırdı. Nəhayət Türkiyənin azərbaycanlı vətəndası Prof.Dr. Aygün Attar məqsədinə çatdı.


Xəyanət abidəsi Aygun Attar sayəsində yıxıldı

Aygun Attardan sitat: "Tuncelidə ASALA terrorçularının adı yazılan xəyanət abidəsi valilik tərəfindən yıxıldı, bacardıq. Tuncelidə xəyanətin abidəsi haqqında xəbəri akademik Sefa Yürükel gündəmə gətirmişdi, bu utanc cədvəli haqqında reaksiyasını ilk olaraq mənimlə bölüşmüşdü. Vətən torpağında xəyanətin abidəsinə baxıb keçmək bizə yaraşmazdı. Şəhidərimizin ruhu artıq huzura qovuşdu"...

Xocalı soyqırımının növbəti ildönümünə də 2 aydan bir az artıq zaman qalıb. İldönümü tədbirlərini nəzərə almasaq, soqırımını geniş miqyasda tanıda bilmişikmi?
Məsələn, bizə yaxın Türkiyədə...
Prof.Dr. Aygün Attar Türkiyədə hələ rəsmən soyqırımı olaraq tanınmayan Xocalı qətliamı barədə elmi rəhbəri olduğu “Xocalı soyqırımı" adlı dissertasiyanı Türkiyə elmi ictimaiyyətində qəbul etdirib. Təkbaşına diaspor işi görən professor İsveç parlamentində də Qarabag savaşı və Xocalı soyqırımı məsələsini qaldırıb.

“Bununla Azərbaycan disapor təşkilatlarının gördüyü işləri kölgədə qoymaq niyyətində deyiləm. Amma bu gün erməni diasporu Tuncelidə və onun kimi bir çox yerlərdə terror təşkilarlarına, qondarma soyqırımı iddialarına abidələr ucalda bilirsə, müxtəlif parlamentlərdə qondarma soqyqırımını tanıtdıra bilirsə, deməli diasporumuzun işi tam qaydasında deyil. O üzdən yalnız diaspor üzvləri deyil, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların üzərinə iş düşür”,- deyə Aygün Attar Modern.az-a bildirib.

Aygun Attarla söhbətimizdə dedi ki, o uzun illərdir Türkiyədə yaşayır, həyatının çox naliyyətlərini bu ölkədə qazanıb. Amma nə olursa olsun, Azərbaycan üçün susa bilməz.

"Damarımda axan qan məni vətənimin həqiqətlərini nə olursa olsun onu çatdırmaga vadar edir. Susmayacam və erməni yalanlarının ifşası üçün mübarizəyə davam edəcəm".


Dünyada yaşayan bizlər və onlar


Mövzuyala bağlaçağa çalışacam. Məsələn, dünyada yaşayan Azərbaycan və ermənilərin sayına baxaq. Ermənistan da daxil olmaqla ermənilər təxminən 6 milyon civarındadır. Bu 6 milyon erməninin 3 milyona yaxını Ermənistanda yaşayır. 1 milyona yaxını keçmiş Sovetlər Birliyinə bağlı ölkələrə dağılıb. 2 milyona yaxını isə Yaxın Şərq, Avropa ölkəlkərində, Amerikadadır. Xüsusilə son olaraq bəhs edilən 2 milyona yaxın erməninin 650-700 mini Amerika Birləşmiş Ştatlarında və 300 mini Fransada yaşayır. Kanadada 50 min, Avstraliyada 30 min, İran və Livanda 200 min ətrafında erməninin yaşadığı bildirilir.

ABŞ-dakı ermənilər Ermənistan dövlətindən sonra ermənilərin kütləvi olaraq yaşadığı ən böyük toplumdur. Ermənilərin icra etdiyi, daha doğrusu erməni diasporunun apardığı siyasi fəaliyyətin əhəmiyyətli bir qisiminin arxasında həm maddi, həm də mənəvi olaraq ABŞ-da yaşayan ermənilər dayanır. Burada yaşayan ermənilər erməni diasporunun ən təsirli olanlarıdır.

İndi də dünyada yaşayan azərbaycanlıların təxmini sayına baxaq. Azərbaycan - 9,2 milyon, İran - 30 milyon, Rusiya - 3 milyon, İraq - 3 milyon, Türkiyə - 2,5 milyon, Amerika Birləşmiş Ştatları - 1 milyon, Gürcüstan - 600 min, Ukrayna - 546 min, Kanada - 275 min, Qazaxıstan - 85 min, Özbəkistan - 45 min, -Türkmənistan - 35 min, Əfqanıstan - 23 min, Niderland - 20 min, Almaniya - 20 min, Qırğızıstan - 17 min, Birləşmiş Krallıq - 15 min, Avstraliya - 8 min, Belarus - 5 min.
P.S. Bir dəfə xəstəxanadaydım. Yanımda oturan bir türk xanım azərbaycanlı oldugumu bildi. Dedi iş yerindəki əvvəlki müdiri azərbaycanlı olub. İndi o, Azərbaycanın tanınmış adamalarındandı. Hazırda başqa bir ölkədə səfir işləyir. Türkiyədə isə bir çox mərkəzi yerlərdə restoranları var. Böyük bir şəbəkə qurub...
O səfirimizin indiyədək diaspor adına bir iş gördüyünü xatırlaya bilmədim. Əgər restoranlara qoydugu sərmayənin çox az faizini erməni yalanalrının ifşasına, həqiqətlərimizin tanıtımına xərcləyə bilsəydi...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.