Türkiyənin iki strateji qurumu dollardan imtina etdi

7-12-2016, 14:55           

Türkiyə Müdafiə Nazirliyi və Enerji Bazarını Tənzimləmə Palatası dollardan imtina edib.

Axar.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən açıqlamada Müdafiə Sənayesi Dəstəkləmə Fondunda olan 262,7 milyon dollar və 31,3 milyon avronun türk lirəsinə çevrildiyi bildirilib.

Enerji Bazarını Tənzimləmə Palatası da təbii qaz paylama məntəqələrində dollar əvəzinə türk lirəsinin qəbuluna başlayıb.

Bundan başqa, Türk Hava Yolları şirkəti bundan sonra xarici səfərlərdə belə milli valyutadan istifadə edəcək.

Xatırladaq ki, dünən Türkiyə Diyanət İşləri Başqanlığı Həcc və Ümrə ziyarətlərinin milli valyuta ilə həyata keçirilməsi barədə qərar qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru