Türkiyə: HDP binalarına hücumlar
18-12-2016, 15:20
Kayseridə 14 əsgərin öldüyü bombalı hücumdan sonra Türkiyənin bir sıra şəhərlərində Xalqların Demokratik Partiyasının (HDP) ofislərinə hücumlar edilib.
Doğan Xəbər Agentliyi bildirir ki, bir qrup HDP-nin İstanbul Beylikdüzü mənzil-qərargahını yandırıb.
Üzlərini gizlədən dörd kişi ticarət mərkəzinin gözətçilərini keçərək ofisə daxil olub və ofisi yandırıb. Yanğın səbəbilə içəridə olan iki qaz balonu partlayıb.
Nəticədə Beylikdüzü Polis Mərkəzinin bir polis kapitanı və 24 yaşlı gözətçi yüngül xəsarətlər alıb.
Bursanın Yıldırım rayonunda HDP binası yandırılıb
Bursa və Kocaelidə də ofislərə hücumlar edilib
Bundan başqa, partiyanın Bursanın Yıldırım rayonundakı ofisi də yandırılıb.
Hücum edənlər əvvəlcə ofisdəki qapı-pəncərəni qırıb, sonra isə binanı yandırıb.
Şübhəlilər qaçdıqdan sonra hadisə yerinə polis və yanğın söndürənlər gəlib, yanğın qısa zamanda söndürülüb, DHA yazır.
Kocaelinin Darıca rayonundakı HDP ofisinə isə atəş açılıb, hadisə zamanı içəridə heç kim olmayıb.
Kocaelinin Darıca rayonundakı HDP binasına atəş açılıb
HDP: Rəsmilər telefonlarımıza cavab vermir
HDP Facebook səhifəsində İstanbulun Beykoz, Bayrampaşa, Eyüp, Beylikdüzü, Bağcılar, Üsküdar və Kartal rayonlarında, Erzincan, Ankaranın Yenimahalle rayonunda, Çanakkale, Kocaelinin Darıca rayonunda və bir çox yerlərdəki ofislərinə hücumlar edildiyini bildirib.
“Rəsmilərin telefonlarımıza cavab verməmələri, təcavüzkarların kimlər tərəfindən himayə və sövq edildiklərini göstərir. Bu hücumları qarşısını almağa yönəlik tədbir görməyənlər bu təxribatlara imkan verirlər”, partiya Facebook vasitəsilə xəbərdarlıq edib.
DİN-dən açıqlama
Daxili işlər Nazirliyi HDP binalarına edilən hücumlarla bağlı rəsmi saytında açıqlama verib.
“Bir siyasi partiyanın öz binalarına qarşı keçirilən aksiyalara “təhlükəsizlik qüvvələrimizin tədbir görmədiyinə, həmçinin rəsmilərin telefonlara cavab vermədi” kimi anlamaları tamamilə həqiqətdən uzaqdır” DİN bildirib.
Nazirlik, “təxribatlara imkan verməmək üçün” tədbir görülməsi və hücum edənlər barədə əməliyyatlara başlanılması üçün tapşırıq verildiyini bildirib.