Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bəyanat verdi - Rusiya səfirinin qətli psləndi

20-12-2016, 00:08           
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bəyanat verdi - Rusiya səfirinin qətli psləndi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib. Nazirlikdən Musavat.com-a göndərilən bəyanatın mətnində yazılıb:

"Rusiya Federasiyasının Türkiyədəki Səfiri Andrey Karlovun öldürülməsi ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyirik. Bu faciə ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına və Rusiya Xarici İşlər Nazirliyindəki bütün həmkarlarımıza dərin hüznlə baş sağlığı veririk.

Bu terror aktının hərtərəfli araşdırılacağına və günahkarların öz layiqli cəzalarını alacaqlarına əminliyimizi bildiririk.

Azərbaycan tam şəkildə inanır ki, səfir Andrey Karlova qarşı törədilmiş terror aktı Rusiya və Türkiyənin terrorizmə qarşı mübarizədə əzmini, əməkdaşlığını və birgə səylərini daha da gücləndirəcək.

Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir. Heç bir halda terrorizmə bəraət qazandırıla bilməz".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru