Lavrov: “Rusiya, Türkiyə və İran Suriyada rejimin devrilməsinə can atmırlar”

21-12-2016, 09:22           
Lavrov: “Rusiya, Türkiyə və İran Suriyada rejimin devrilməsinə can atmırlar”
Rusiya, Türkiyə və İran hesab edirlər ki, Suriyada rejimin devrilməsi yox, terror təhlükəsinin aradan qaldırılması bir nömrəli prioritet olmalıdır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Suriya XİN rəhbəri Sergey Lavrov bildirib.

Nazirin sözlərinə görə, Rusiya, İran və Türkiyəni məhz bu nöqteyi-nəzər birləşdirir: “Bizim mövqelərimiz bu məsələdə üst-üstə düşür”.

Müxtəlif ölkələrin silahlı qüvvələrinin Suriyadakı əməliyyatlarda iştirak etməsi məsələsinə gəlincə isə Lavrov bu iştirakın əsas məqsədinin terrorla mübarizə olduğunu qeyd edib: “Bu məqsəd həm Amerika koalisiyası tərəfindən, həmdə, “Ərəfat qaıxanı” əməliyyatını keçirən türkiyəli dostlarımız tərəfindən də bəyan edilib. Bütün hallarda – istər dəvətlə, istərsə də dəvətsiz Suriyada olanların hamısı Suriya Ərəb Respublikasının suverenliyi, ərazi bütövlüyü, vahidliyi və müstəqilliyini tanıdıqlarını təsdiqləyirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru