İzmirdə iki partlayış törədilib – FOTO

21-12-2016, 09:59           

Türkiyənin İzmir vilayətində iki partlayış törədilib.

7news.Az CNN-ə istinadən xəbər verir ki, İzmirin Buca rayonunda kustar üsulla hazırlanmış iki partlayıcı qurğu işə salınıb.

Partlayış səsini eşidən vətəndaşlar dərhal bu barədə polisə xəbər veriblər.

Hadisə yerinə cəlb olunan Terrorla Mübarizə Şöbəsinin əməkdaşları küçəni mühasirəyə alıblar və araşdırma aparıblar. Axtarış nəticəsində kustar üsulla hazırlanmış daha bir partlayıcı qurğu tapılıb. Minaaxtaranlar onu dərhal zərərsizləşdiriblər.

Qeyd olunur ki, partlayışlar nəticəsində xəsarət alan olmayıb
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru