Türkiyə ordusu Suriyanın Əl-Bab və Hələb rayonlarını birləşdirən yolu nəzarətə götürüb

21-12-2016, 14:13           
Türkiyə ordusu Suriyanın Əl-Bab və Hələb rayonlarını birləşdirən yolu nəzarətə götürüb
Türkiyə Silahlı Qüvvələri Suriyanın Əl-Bab və Hələb rayonlarını birləşdirən yolu tam nəzarətə götürüb.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb.
İnformasiyaya görə, yola tam nəzarətin edilməsi ilə bağlı keçirilən əməliyyat nəticəsində terrorçu İŞİD qruplaşmasının 15 silahlısı öldürülüb, terrorçuların 48 sığınacaq və istehkamı məhv edilib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 120 gündür Suriyada “Fırat Kalkanı” (“Fərat qalxanı”) adı altında anti-terror əməliyyatı keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru