AB-dən gözlənilməz Türkiyə qərarı

21-12-2016, 14:26           
AB-dən gözlənilməz Türkiyə qərarı
Avropa Birliyi (AB) Türkiyə ilə imzalanan Gömrük Birliyi anlaşmasının əhatə dairəsini genişləndirməyi düşünür.

Axar.az xəbər verir ki, atılacaq addımlar bu gün Avropa Komissiyasının sədr müavini Frans Timmermansın iştirakı ilə keçiriləcək mətbuat konfransında açıqlanacaq.

Dəyişiklik nəticəsində Türkiyə AB-yə gömrük məhdudiyyəti olmadan kənd təsərrüfatı, süd və sənaye məhsullarının ixracını genişləndirəcək.

Türkiyədə istehsal olunan kənd təsərrüfatı mallarının demək olar ki, hamısı Avropa bazarına girə biləcək. Bundan başqa, Türkiyə AB-nin ictimai tenderlərində iştirak etmək hüququ qazanacaq.

Yeniliklər qəbul olunduqdan sonra AB-yə üzv ölkələrin firmaları Türkiyədə investisiya həcmini də artıra biləcək.

Təxminən 2 il davam edəcək müzakirələrin 2018-ci ilin dekabrında sona çatması gözlənilir. Yeni anlaşma 10 ildə Türkiyə-AB arasındakı ticarət həcmini 50% artıracaq.

Qeyd edək ki, AB-yə üzv ölkələr 1995-ci ildə Türkiyə ilə imzalanan Gömrük Birliyi sazişinin əhatə dairəsini genişləndirmək üçün müzakirə səlahiyyətini Avropa Komissiyasına verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.