Gülən qaçmaq istədi, Türkiyə qarşısını aldı

27-02-2017, 13:54           
Gülən qaçmaq istədi, Türkiyə qarşısını aldı
Türkiyə iyulun 15-də hərbi çevrilişə cəhd edən Fətullah Gülənin Kanadaya qaçma ehtimalını nəzərə alaraq, onun bu ölkədəki evi ilə bağlı sənədləri ABŞ-a göndərib.

Axar.az xəbər verir ki, sənədlərdə Gülənin Kanadadakı evinin harada yerləşməsi, kimlər tərəfindən və nə vaxt alınması haqda məlumatlar yer alıb.

İddialara görə, ABŞ Güləni Türkiyəyə təhvil verməyi qərara alsaydı, o, Kanadaya qaçacaqdı.

Bundan narahat olan Türkiyə ABŞ-dan “Kanadaya qaçış”ın qarşısını almağı istəyib. ABŞ rəhbərliyi də Gülənin Kanadaya qaçmaq planları ilə bağlı dəlilləri tələb edib. Bundan sonra Türkiyə Ədliyyə Nazirliyi sözügedən kəşfiyyat sənədlərini ABŞ-a göndərib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.