Türkiyə Niderland səfirinin bu ölkəyə girişinə qadağa qoyub

14-03-2017, 08:07           
Türkiyə Niderland səfirinin bu ölkəyə girişinə qadağa qoyub
ürkiyə hökuməti Niderland səfirinin bu ölkəyə girişinə qadağa qoyub.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin baş nazirin müavini Numan Kurtulmuş bildirib.
Baş nazirin müavini səfirin Ankaraya qayıtmasının qadağan edildiyini bilddirib. "Bizim tələblərimizin yerinə yetirilməyəcəyinə qədər məzuniyyətdə olan Niderland səfirinin Türkiyəyə buraxılmaması barədə qərar qəbul edilib" – deyə N. Kurtulmuş bildirib. Qeyd edək ki, Türkiyənin əsas tələbi ilk növbədə qarşı tərəfin üzr istəməsidir. Numan Kurtulmuş həmçinin bildirib ki, Türkiyə Niderlandın bütün diplomatlarının da öz ərazisinə gəlişinə qadağa qoyub.
Baş nazirin müavini həmçinin Niderlandla yüksək səviyyəli rəsmi görüşlərin ləğv edildiyini də əlavə edib.
Xatırladaq ki, Niderland hökuməti ötən həftə Türkiyənin göyərtəsində xarici işlər naziri Mövlud Çavuşoğlunun olduğu təyyarəni ölkəyə buraxmayıb. XİN rəhbəri Rotterdamda keçirilən mitinqdə iştirak etmək, Türkiyə vətəndaşlarını aprelin 16-da keçiriləcək Konstitusiyaya düzəlişlərlə bağlı referendum haqqında məlumatlandırmağı planlaşdırırdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.