PKK terrorçularının 19 sığınacağı məhv edilib

14-03-2017, 08:28           

Türkiyənin cənub-şərqində PKK terrorçularına qarşı irimiqyaslı əməliyyat davam edir.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyatlarda təhlükəsizlik qüvvələrinin 7 minədək əməkdaşı iştirak edir. Diyarbəkir rəhbərliyinin verdiyi xəbərə görə, son sutka ərzində Lise rayonunda terrorçulara kömək etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Eyni zamanda iki yaşayış məntəqəsindəki 8 evdə axtarışlar aparılıb.

Məlumatda həmçinin qeyd olunur ki, martın 5-dən başlayan əməliyyatlarda terrorçuların 19 sığınacağı və 7 obyekti, həmçinin külli miqdarda narkotik maddələri məhv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru