Bir “yox”qərarı da Belçikadan MHP-yə gəldi

14-03-2017, 08:34           
Bir “yox”qərarı da Belçikadan MHP-yə gəldi
Türkiyənin hakim partiyası AKP-nin bir sıra Avropa ölkələrində planlaşdırdığı referendum toplantılarına qadağa qoyulmasının ardından, sıra MHP-yə də çatıb. Bu gün MHP-nin Belçikanın Anvers şəhərində planlaşdırdığı yığıncaq da ləğv edilib. Toplantının ləğv edilməsinə səbəb olaraq “təhlükəsizlik riski” əsas göstərilib.
Bələdiyyə başçısı Bart de Vever MHP-nin cümə gününə planlaşdırdığı proqramı ləğv edib. De Veverin sözçüsünün açıqlamasında “ictimai asayiş və təhlükəsizlik üçün ciddi bir risk şübhəsi varsa, yığıncaq xüsusi mülkdə də olsa, ləğv edilə bilər” deyilir.
Sözçü təşkilatçılara toplantının ləğvi və qadağanı bildirən yazılı xəbərdarlıq göndəriləcəyini də söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru