Türkiyə hökuməti Niderlanda qarşı 4 sanksiya tətbiq edib — VİDEO

14-03-2017, 08:43           

Bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib. Onun sözlərinə görə, Niderland hökuməti addığı addımın səhv olduğunu anlayıb, Türkiyədən üzr istəməyənə qədər onlarla heç bir iş və siyasi əməkdaşlıq edilməyəcək.

“Türkiyə birinci olaraq qərar verib ki, Niderland səfirinin tələblərimiz yerinə yetirilməyənədək geri qayıtması qadağan olunub. Niderlandla yüksək səviyyəli münasibətlərin təxirə salınması qərarlaşdırılıb. Niderland diplomatlarının Türkiyəyə gəlməsi və diplomatik uçuşlar yasaqlanıb”, deyə N.Kurtulmuş bildirib.

Bundan başqa, Baş nazirin müavini bildirib ki, ikinci sanksiyaya görə, Nidarland üzr istəməyənə qədər, həmin ölkəyə heç bir şəkildə rəsmi səfər edilməyəcək:

“Türkiyə hökumətində çalışan məmur, ən aşağı vəzifədən tutmuş, yüksək vəzifəyə qədər, çalışanlardan heç kim Niderlanda rəsmi səfər edə bilməz. Bu qərar Niderlandın Türkiyədən üzr istəyənə qədər qüvvədə qalacaq”.

Sanksiyalardan biri də, Niderlandan Türkiyəyə olan uçuşlara qadağalar qoyulub:

“2016-ci ildə qarşılıqlı müqavilə əsasında razılaşdırılmış qərarla Niderlandan gələn rəsmi şəxslərə, diplomatlara verilən vizalar və icazələr ləğv edilib. Qeyd edim ki, bu qadağalar Hollandiyanın sadə vətəndaşlarına aid deyil. Bu qadağalar rəsmi şəxslər və məmurlar üçün nəzərdə tutulub”.

Sonuncu qadağa isə Niderlandiya Parlamenti ilə Türkiyə Millət Məclisinin arasında yaradılan dostluq qrupunun türkiyəli nümayəndələrinin işinə xitam verməkdən ibarətdir:

“Bu qalmaqalı yaradan Hollandiyadır. Əgər onlar, etdikləri səhvlərin nəticələrini aradan qaldırmazlarsa, Türkiyə əlavə tədbirlər görəcək. Niderlanda qarşı yeni üzərində düşündüyümüz sanksiyalar tətbiq ediləcək”.

Qeyd edək ki, martın 11-də Niderland Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv edib. Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazəni ləğv etdikdən sonra Niderlandın Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata etiraz bəyanatı təqdim edilib. Bundan sonra, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Niderland hömumətinin ünvanına sərt bəyanatlar verib.
[media=https://www.youtube.com/watch?v=T8Fvt4YTTzk]

Ölkə.Az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.