Türkiyəli nazirin ölkədən deportasiya edilməsi analoqu olmayan hadisə idi – Niderland Baş naziri

14-03-2017, 14:01           
Türkiyəli nazirin ölkədən deportasiya edilməsi analoqu olmayan hadisə idi – Niderland Baş naziri
"Türkiyə nazirinin ölkədən deportasiya edilməsi analoqu olmayan bir hadisə idi".

SalamNews-un “Hürriyet”-ə istinadla verdiyi xəbərə görə, bunu Niderlandda martın 15-də keçiriləcək parlament seçkilərində əsas namizədlərdən hesab olunan Liberal Partiyasının (VVD) lideri və Baş nazir Mark Rutte açıqlayıb.

Türkiyə ilə miqrantlarla bağlı əldə edilən razılaşmanın müsbət nəticələrindən danışan Rutte bildirib ki, sərhədlər qaçqınlar üçün tamamilə bağlanmalıdır.

Türkiyə və Niderland arasında yaşanan diplomatik gərginlikdən danışan Rutte qeyd edib: “Nasizm və faşist bənzətmələri qətiyyən qəbul edilə bilməz. Bu sözlərin geri götürülməli olduğunu düşünürük. Vəziyyətin daha da gərginləşməsini istəmirik. Amma türklər vəziyyəti gərginləşdirərsə, cavab vermək məcburiyyətində qalarıq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru