Bütün dərdlərin dərmanı: Qətər əmiri hamısını almaq istəsə də, satmayıblar

14-03-2017, 20:49           

Kilosu 5 min avroya bal satılır. Bu qiymət Türkiyənin Artvin bölgəsində arıçı Günay Gündüzün “Pəri balı” adlandırdığı məhsula qoyulub.

Dünyada nadir tapılan bitkilərdən toplanan şirələrlə hasil olan bal fantastik qiymətə satılır. Tərkibindəki minerallar səbəbi ilə qiyməti hər kilqoram üçün 5 min avro təyin edilib.

Gündüz peşəkar dağçıların köməyi ilə 8 il əvvəl getdiyi mağarada 18 kq bal tapıldığını deyib. O zamandan etibarən hər 3 ildən bir mağaraya düşüb 3-5 kiloqram bal toplanır.

Bal nümunəsi Fransadakı laboratoriyaya göndərilib. Analizlər balın tərkibinin digər ballardan çox fərqli olduğunu üzə çıxarıb.

2009 -cu ildə Fransada balın bir kiloqramı 45 min avro, 2010-cu ildə isə Çində birjada kilosu 28 min avroya satılıb. Əsasən müalicə məqsədilə istifadə edilən bu balın kiloqramı Türkiyədə 5 min avrodur.

Qətər əmiri balın hamısını istəsə də Gündüz satmaqdan imtina edib: “Məqsədimiz təkcə pul qazanmaq deyil. Xəstə insanlara yardım etməsini istəyirik”.Cebhe.info//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.