Türkiyə Hava Yollarında FETÖ əməliyyatı — 7 pilot və 26 əməkdaşlar saxlanıldı

15-03-2017, 07:15           

Türkiyə Milli Kəşfiyyat Təşkilatına daxil olan məlumata əsasən bu dəfə əməliyyat Türkiyə Hava Yollarında keçirilib. Təşkil olunana əməliyyat zamanı hava limanında çalışanlardan 26 əməkdaş və 7 pilot saxlanılıb. Saxlanılanların FETÖ terror təşkilatı ilə əlaqəli olduğu məlum olub.

Qeyd edək ki, fevralın 23-də səhər saatlarında Türkiyə Təhlükəsizlik və Asayiş Şöbəsi, Terrorla Mübarizə İdarəsi və polis tərəfindən 81 məntəqədə əməliyyat keçirib. Əməliyyatda 3 min 581 qrup, 10 min 715 polis iştirak edib. Əməliyyat zamanı 853 nəfər saxlanılıb.

Saxlanılanlardan çoxlu odlu silah, sursat, soyuq silah aşkar edilib. Saxlanılanlar arasında 26-sı qətl, 25-i oğurluq, 42-si adam aldatma, 61-i narkotik maddələrin dövriyyəsilə məşğul olmağa görə şübhəli bilinir. Qalanları isə FETÖ ilə əlaqədə şübhəli bilinirlər.

Fevralın 21-də Çanakkala Onsekiz Mart Üniversitetində (ÇOMÜ) keçirilən əməliyyat zamanı FETÖ terror təşkilatı ilə əlaqədar 100-ə yaxın müəllim saxlanılıb. Bu günə qədər universitetin rektoru Yücel Acer də daxil olmaqla ümumilikdə 322 nəfər haqqında FETÖ ilə bağlı araşdırmalar aparılıb. Bu dəfə saxlanılanlar arasında isə 70 nəfər akademik var.

Fevralın 20-də keçirilən əməliyyat zamanı FETÖ təşkilatı ilə əlaqədə şübhəli bilinən daha 227 hakim və prokuror vəzifəsindən kənarlaşdırılıb. Məhkəmə sisteminin əməkdaşları ötən il iyul çevrilişinə cəhdlə bağlı aparılan istintaq çərçivəsində işdən azad ediliblər. İşdən azad olunan məmuarlar dindirilməyə cəlb olunublar. Dindirilmə zamanı onlardan bəziləri FETÖ ilə əlaqələrini etiraf ediblər. Dindirilmə zamanı terror təşkilatı ilə əlaqəli yeni adlar və kimliklər müəyyən edilib.

Bundan başqa, fevral ayının 18-də səhər saatlarında Türkiyə Təhlükəsizlik və Asayiş Şöbəsi, Terrarla Mübarizə İdarəsi və polis tərəfindən Türkiyədə 100 ilin ən böyük əməliyyatı keçirilib. Əməliyyat zamanı barələrində müxtəlif ittihamlar səslənən 873 nəfər saxlanılıb. Saxlanılanlar FETÖ terror təşkilatı ilə əlaqəda ittiham olunur. Onların arasında polis, hərbçi, müəllim, həkim, tibb işçisi və s. peşə sahibləri var. Saxlanılan şəxslər barədə cinayət işi başlanıb, onların izahatları alınıb.

Əməliyyat 4 min 767 ünvanda aparılıb. Əməliyyatda iştirak edən 3583 qrupda 11 min 860 nəfər iştirak edib.

Ölkə.Az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.