Çavuşoğlu: “Səfirlik vəkilini qulağından tutub hücrəyə atardıq”

16-03-2017, 09:00           
Çavuşoğlu: “Səfirlik vəkilini qulağından tutub hücrəyə atardıq”
Xarici işlər naziri Mevlud Çavuşoğlu Antalya Sənayeçi və İşadamları Dərnəyinin (ANSİAD) təşkil etdiyi yeməkdə Antalyalı iş adamları ilə bir araya gəldi. Burada təəccüblü açıqlamalr verən Çavuşoğlu “o gecə Hollandiyanın səfirlik vəkilini nazirliyə çağırıb, qulağından tutub hücrəyə atardıq” dedi.

Çavuşoğlu çıxışında Hollandiya və Almaniya ilə yaşanan problemlərdən ölkələrin vətəndaşlarını ayrı tutduqlarını, Hollandiya və Almaniya vətəndaşlarını dost olaraq gördüklərini söylədi. “Hal-hazırda onsuz da Almaniya ilə ciddi bir problemimiz yoxdur, problemi keçdi” deyən Çavuşoğlu, Berlindəki turizm sərgisi əvvəlində keçirilən görüşlərdə müəyyən bir nöqtəyə gəldiklərini qeyd etdi.

Gərginliyin artmasını istəmədiklərini, ancaq nə Almaniya, nə də Hollandiya ilə yaşanan gərginliklərin heç birinin səbəbinin özləri olmadığını deyən nazir: “Əslində bu, Avropanın içinə düşdüyü vəziyyətin bizə də əks olunmasıdır. Nədir bu vəziyyət? İrqçilik, əcnəbi düşmənliyi, İslam əleyhdarlığı, Türk əleyhdarlığı, mühacir əleyhdarlığı, yəni Avropanı birləşdirən dəyərlərin hamısını eroziyaya uğradacaq şəkildə ifrat nöqtəyə gəlindi ” dedi.

Ticarət əlaqələri ilə bağlı heç kimi təhdid etmədiklərini vurğulayan Çavuşoğlu, yalnız Almaniyanın keçən il Türkiyəyə 6 milyard avroluq avtomobil satdığını dilə gətirdi. Nazir: “Ticarət başqa, iş adamlarının nə günahı var? Hollandiyadakı iş adamlarının bir günahı yoxdur ki. Hollandiyada bu anda eyni faşist xəttə gələn partiyaların, hökumətin “bir az daha Vildersdən səs ala bilərəmmi?” populizmi qəbul edilə bilməz. Haqq, demokratiya, azadlıqlar adına qəbul edilə bilməz. Əgər biz də Türkiyə Respublikası olaraq onlar kimi hüquqsuzluğa düşsəydik, qarşılıqlılıq güdsəydik, o gecə Hollandiyanın səfirlik vəkilini nazirliyə çağırıb, qulağından tutub hücrəyə atardıq ” dedi.

azadliq.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.