Türkiyədə Novruz şənliyinə icazə verilmədi

19-03-2017, 16:56           

Türkiyənin Kocaeli vilayətində azərbaycanlılara Novruz şənliyi keçirməyə icazə verilməyib.

Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, Kocaeli vilayətinin Körfəz şəhərində Körfəz Azərbaycan Kültür və Yardımlaşma Dərnəyi martın 21-də saat 19.00-da şəhər bələdiyyəsi ilə birlikdə Novruz şənliyi keçirməyə hazırlaşırdı. Bu tədbir üçün hər cür hazırlıq görülüb. Lakin Körfəz Kaymakamlığı tədbirin keçirilməsinə icazə verməyib.

Dərnəyin başqanı Abdullah Salar bunları deyib: “Mərasimi Körfəz bələdiyyəsi ilə birlikdə təşkil etmişdik, hər cür hazırlıq görmüşdük. Dəvətnamələr də çap edilmişdi. Ancaq Türkiyədə elan edilmiş fövqəladə vəziyyətlə bağlı kaymakamlıq bu il Novruz şənliyinin keçirilməsinə icazə vermədi. Dövlətimizin qərarına hörmətlə yanaşırıq. Bu il Novruz şənliyi keçirməyəcəyik”.

Xatırladaq ki, Türkiyədə ötən il iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonra bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edilib. Bu qərar hələ də qüvvədədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru