"Ərdoğana gec-tez bunu başa salmalıyıq"

20-03-2017, 11:57           

Almaniya və digər ölkələrin nasistlərlə müqayisə edilməsini qəbul edə bilmərik.

Axar.az xəbər verir ki, bu sözləri Avropa Parlamentinin sabiq sədri, Almaniya Sosial Demokrat Partiyasının sədri Martin Şults Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana xitabən deyib.

“Kim insanları bir-birilə münaqişəyə sövq edirsə, ona “dayan” deməliyik. Bu səbəbdən cənab Ərdoğana da bunu açıq şəkildə deməyə davam edəcəyəm. Tutduğu strategiyanın gec, ya tez yanlış olduğunu bildirməliyik. Türkiyə on ildir ki, əvvəllər heç olmadığı qədər qütbləşib. Bu durumda edəcəyimiz tək şey insanları yenidən bir araya gətirmək və birləşdirməkdir. Bir prezidentin əsil vəzifəsi budur. Əslində özünə (Ərdoğana) və Ankaraya göndərəcəyimiz mesaj bu olmalıdır”, - Şults bildirib.

Qeyd edək ki, Ərdoğan türk nazirlərin referendum təşviqatına icazə verməyən Hollandiya və Almaniya hökumətlərini nasistlərlə müqayisə etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru