Çavuşoğlu: “Türkiyə və Rusiya münasibətlərini normallaşdıra biliblər”

22-03-2017, 09:16           

Türkiyə və Rusiya münasibətlərini normallaşdıra biliblər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Vaşinqtonda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

“Türkiyə və Rusiya münasibətlərinə yeni nəfəs gətirib, normallaşdıra biliblər”, deyə nazir bildirib.

Bununla belə M.Çavuşoğlu vurğulayıb ki, rəsmi Ankara Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Türkiyə-ABŞ münasibətlərinə toxunan nazir deyib ki, ölkəsi ABŞ-ın yeni adminstrasiyası ilə məhsuldar əməkdaşlıq qurmaq niyyətindədir.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Vaşinqtonda İŞİD-lə mübarizəyə həsr edilmiş toplantıda iştirak edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru