Əziz Nesinin oğlunun saxlanılması haqda qərar verildi

22-03-2017, 09:51           
Əziz Nesinin oğlunun saxlanılması haqda qərar verildi
Türkiyədə məhkəmə qərarı ilə bağlanan “Azad Gündəm” qəzetinə bir günlük dəstək olan Əhməd Nesinin saxlanılması haqda qərar verilib.
Buna səbəb Ə.Nesinin məhkəmə proseslərinə qatılmaması olub. Bağlanan qəzetə dəstək verdiyi üçün Ə.Nesin terror təbliğatı aparmaqda ittiham olunub və onun barəsində məhkəmə iddiası qaldırılıb.

Əziz Nesinin oğlu olan Əhməd Nesin məhkəmə prosesinin bu gün keçirilən üçüncü iclasında da iştirak etməyib. Bu vaxta kimi o ittiham olunduğu məsələ ilə bağlı ifadə verməyib. Qərara əsasən, Əhməd Nesin saxlanılaraq ifadəsi alınacaq, sonra isə sərbəst buraxılacaq.(Qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru