“Türkiyə referendumdan sonra “faşist və amansız” Avropa ilə münasibətləri təkrar gözdən keçirə bilər”- ƏRDOĞAN

22-03-2017, 12:47           

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, prezident səlahiyyətlərinin genişlənilməsi haqda referendumdan sonra onun ölkəsi “faşist və amansız” Avropa ilə münasibətləri təkrar gözdən keçirə bilər.
teref.az virtualaz.org-a istinadən bildirir ki, bu bəyanatı o, martın 21-də Ankarada keçirilən mitinqdə çıxış edərkən səsləndirib.
“Bu Avropa – İkinci Dünya müharibəsinə qədər olan: irqçi, faşist, amansız Avropadır. Antiislam və anti-Türkiyə Avropa”, – deyə agentlik çıxışdan sitat gətirib. O qeyd edib ki, referendum Avropaya ən yaxşı cavab olacaq.
Prezident həmçinin vurğulayıb ki, Avropa Birliyinin hakimiyyəti dövlətlərarası birləşməyə mümkün girişi bəhanəsi ilə Türkiyəyə daha təsir edə bilməyəcək. Bundan başqa, o əlavə edib ki, “izləmə apara” bilməsinlər deyə, heç bir Avropa siyasətçisini ölkəsinə buraxmayacaq.
Daha əvvəl AFR kansleri Angela Merkelin başçılıq etdiyi Xristian-demokratik partiyasının sədr müavini Folker Bufe bildirmişdi ki, Türkiyə prezidenti Almaniyada istənilməyən qonaqdır.
“Əgər o bura gələcəksə, mənim fikrimcə, biz onu buraxmağa məcbur deyilik, çünki bu bizim ölkəmizin təhlükəsizliyini hədələyir”, – deyə siyasətçi qeyd etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru