Alparslan Türkeşin qızı Cağrı Türkeş: "Atam sağ olsaydı..."

27-03-2017, 10:21           

Cənab prezidentin özü də bir çox məsələdə aldadıldığını etiraf etdi.

Axar.az xəbər verir ki, bunu türk millətçiləri qarşısında çıxışı zamanı Çağrı Türkeş söyləyib.

"15 illik zaman içərisində ölkəmizə bir çox tələlərin qurulduğunun şahidi olduq. Cənab prezidentin özü də bir çox məsələdə aldadıldığını etiraf etdi. Bu referendum da son bir aldanmaya qapı açacaq təklifdir. Bu referendum ölkəmizin bütövlüyünü, türk millətinin birliyini təhlükəyə atan təklifdir. Referendumda təklif edilən dəyişikliklər atam Alparslan Türkeşin bütün ideallarına ziddir. O, həyatda olsaydı, Milliyətçi Hərəkat Partiyasında heç kim bu təklifi səsləndirməzdi", - deyə o bildirib.

Qeyd edək ki, Türkiyədə referendum aprel ayında keçiriləcək. Referendumda əsas dəyişiklik təklifi ölkəni parlamentli sistemdən prezident idarəetmə sisteminə keçirməkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.