Türkiyənin ədliyyə nazirindən sensasion açıqlama – “Əlimizdə ciddi kəşfiyyat məlumatları var”

27-03-2017, 20:00           
Türkiyənin ədliyyə nazirindən sensasion açıqlama – “Əlimizdə ciddi kəşfiyyat məlumatları var”
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ ABŞ-da yaşayan FETÖ lideri Fətullah Gülənin Tramp hökuməti işə başladıqdan sonra Kanadaya getmək üçün hazırlıqları tezləşdirdiyini irəli sürüb.
Avropa.info xəbər verir ki, Bəkir Bozdağ “Sabah” qəzetinə müsahibəsi zamanı məsələ ilə bağlı çox güclü kəşfiyyat məlumatları olduğunu deyib.
“Kəşfiyyat təşkilatımızın bu mövzuda ciddi məlumatları var. Biz bu məlumatları ABŞ-ın Ədliyyə Nazirliyinə də göndərmişik. Gülən şəbəkəsinin Kanadada böyük bir ferma ərazisi aldıqlarını və buraya köçmək üçün hazırlıqlara başladığını da bilirik. Tramp hökuməti iş başına gəldikdən sonra Kanadada hazırlıqlar sürətləndirilib. Hara gedirsə getsin Türkiyə ondan əl çəkməyəcək. “












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru