Binəli Yıldırım Hakan Şükürün "Qalatasaray"dan qovulmasına münasibət bildirib

27-03-2017, 20:16           
Binəli Yıldırım Hakan Şükürün "Qalatasaray"dan qovulmasına münasibət bildirib
Türkiyənin Baş naziri Binəli Yıldırım adları FETÖ ilə hallanan keçmiş futbolçular Hakan Şükür və Arif Ərdəmin klubdan çıxarılmasına münasibət bildirib.

“Hər təşkilatda yalnış insanlar ola bilər. "Qalatasaray" uzun illər bizi qürurlandırıb. Bu səbəbdən buradakı bəzi şəxslərin, bəzi kiçik müxalif qrupların etdiyi səhvləri 100 illik keçmişi olan bir klubun üzərinə yıxmaq haqsızlıq olar”, - deyə Baş nazir qeyd edib.

SalamNews-un “Haber7”-yə istinadla verdiyi xəbərə görə, "Qalatasaray" İdarə Heyətinin dünənki iclasında Hakan Şükür və Arif Ərdəmin klub üzvlüyünə xitam verilib. Bu qərar həm ölkə ictimaiyyəti, həm də siyasi dairələr tərəfindən tənqidlə qarşılanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru