General ev həbsinə alındı: Zorlamada ittiham olunur - FOTO

29-03-2017, 13:59           

Əfqanıstanın birinci vitse-prezidenti, general Abdul Rəşid Dustum dövlət işindən uzaqlaşdırılıb və ev həbsinə alınıb.

Cebhe.info xəbər verir ki, bu barədə Əfqansıtan prezidentinin xanımı Rula Qani” The Times” nəşrinə bildirib. Ancaq Dustumun ofisinin rəhbəri İnayətulla Fərəhmənd bu barədə bütün məlumatları təkzib edib. O, hökuməti faktları saxtalaşdırmaqda ittiham edib. Hökumət Dustumu və onun mühafizəçilərini zorlamada ittiham edir.

2016-ci ildə general Dustum böyük qalmaqalın mərkəzində olub. Onun adı keçmiş qubernator Əhməd Eşçinin qaçırılmasında hallanıb. Qubernator 16 gün əsir saxlanılıb və bu müddətdə işgəncəyə, seksual zorakılığa məruz qalıb. Dustum və və onun mühafizəçiləri dəfələrlə məsələ ilə bağlı prokurorluğa çağırılıb. Ancaq onlar bütün bu ittihamları rədd dib. Bu il yanvarın sonunda Dustumun 9 mühafizçisinin həbsi barədə order verilib. Fevralda isə vitse-przidentin iqamətgahı polis mühasirəsinə alınıb. Bu görüntülər isə mətbuatda yayılıb.
“The Times” bildirir ki, etnik özbək olan Dustum digər özbək səhra komandirləri kimi yaxşı imkanlara malikdirlr. Dustum həmçinin özünə məxsus olan ordu birləşməsinə komandanlıq edir və həmin birləşmənin tərkibində ağır hərbi texnika da var.

Şimal Alyansının tərəfində taliblərə qarşı vuruşan Dustum qəddarlığı ilə tanınıb. Onun və birləşməsinin hərbçilərinin adı dəfələrlə adam oğurluğu, zorlama vvə qətldə hallanıb.
Dustum isə ona qarşı son qərarların rəqiblərinin təzyiqi kimi qiymətləndirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.