Cem Yılmaz haqqında Baş prokurorluğa müraciət olundu - Şok iddia

29-03-2017, 14:03           
Cem Yılmaz haqqında Baş prokurorluğa müraciət olundu - Şok iddia
İstanbul Texniki Universitetinin mədən fakültəsinin müəllimi, professor Orhan Kural Cem Yılmaz haqqında İstanbul Baş prokurorluğuna müraciət edib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Kural Cem Yılmazın prodüseri olduğu və aktyor kimi iştirak etdiyi “Deli Aşk” filmində ekranda göründüyü 2 dəqiqə 30 saniyə ərzində 26 saniyə siqareti reklam etdiyini bildirib.

Onun sözlərinə görə, filmdə açıq-aşkar spirtli içkiyə yönləndirmə var:

Cem Yılmaz dərdlərdən və xəstəliklərdən qurtulmağın tək çarəsi olaraq spirtli içkini məsləhət görür və özü də spirtli içki qəbul edir.

Siqaret və digər aludəçilikləri təbliğ edən bütün filmlərə son qoymaq lazım olduğunu qeyd edən professor Cem Yılmazın “siqaret və spirtli içkiyə həvəsləndirmək” cinayətinə görə cəzalandırılmasını istəyib.

Müraciətindən sonra dindirilən Orhan Kural Cem Yılmazın tütün şirkətlərinə sponsor olduğunu iddia edib:

Cem Yılmazın tütün şirkətləri tərəfindən gizli sponsor kimi istifadə edildiyini düşünürəm. Çünki tütün şirkətləri cəmiyyətdə nüfuza malik olan şəxsləri bu məqsəd üçün istifadə edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.