Türkiyə Suriyaya niyə girib? - açıqlama

29-03-2017, 19:30           
Türkiyə Suriyaya niyə girib? - açıqlama
"Türkiyənin Suriyadakı hədəfi çox açıqdır. Suriyaya İŞİD terror təşkilatını məğlub etmək üçün girmişik".

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlayıb.

M.Çavuşoğlu bildirib ki, Türkiyənin Suriyaya müdaxiləsinin əsas səbəbi İŞİD-i məğlub etmək və Mənbic bölgəsini İŞİD və digər terrorçu qruplardan təmizləməkdir: “Bəşər Əsəd rejimi mövzusunda Türkiyənin mövqeyi konkretdir. Əsəd 600 mindən çox günahsız insanı öldürüb. Kimyəvi silahlar istifadə edərək insanlarına zülm edib. Bu rejimi legitimləşdirə bilmərik”.

XİN rəhbəri qeyd edib ki, əgər siyasi həll prosesi müvəffəqiyyətli olarsa və İŞİD terror təşkilatı məğlub edilərsə, Əsəddən sonra bu ölkədə siyasi boşluq yaşanmayacaq: "Yalnız bir tərəfin deyil, hər kəsin qəbul edə biləcəyi müvəqqəti hökumət yaradılacaq. Ölkədə Birləşmiş Millətlər Təşkilatının 2254 saylı qərarına müvafiq olaraq seçkilər keçiriləcək. Beləliklə, Suriya xalqı seçkilərdə ölkəni kimin idarə edəcəyinə özü qərar verər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.