Klan və tayfa dövlətləri yaranacaq, 100 illik müharibələr… YENİ DÜNYA DÜZƏNİ

30-03-2017, 06:17           
Klan və tayfa dövlətləri yaranacaq, 100 illik müharibələr… YENİ DÜNYA DÜZƏNİ
“Yaxın dövrdə dəyişən dünya sistemində klan və tayfa dövlətləri yaranacaq”.
Publika.az xəbər verir ki, bunu Türkiyənin “Haber7” saytına müsahibəsində çağdaş islam düşüncəsi, türk siyasi həyatı və ideologiyalarla bağlı araşdırmalar aparan Ercan Yıldırım deyib.
Yazar qeyd edir ki, lazım gəldiyində ABŞ və Rusiya Türkiyə əleyhinə birləşirlər. O, nümunə olaraq YPG terror təşkilatının nəzarətində olan Suriyanın Münbic şəhəri ətrafında Rusiya və ABŞ-ın Türkiyənin qarşısına çəkdiyi səddi göstərib.
Ercan Yıldırım Avropanın yeni Səlib yürüşləri üçün meydan hazırladığını deyib.
“Kameron (Böyük Britaniyanın sabiq baş naziri Devid Kameron –red.) kimi Avropa liderləri hələ 2000-ci illərin ortalarında inteqrasiyanın başa çatdığını söyləmişdi. Bu səbəbdən də Avropanın özünə gəlməsi üçün hər cür üsullardan istifadə olunur. ABŞ Avropanı çox pis şəkildə sıxışdırır. Təbii ki, anqlo-saksonlar yeni dünya sisteminə hazırlıqlarını tam sürətilə davam etdirirlər. Dünya yenidən çox parçalı və lakin tək mərkəzli bir dövrə gələ bilər. Gələcəkdir də”, – o qeyd edib.
Yazar yalnız Yaxın Şərqin deyil, bütün dünyanın çox dövlətli bir sistemə doğru getdiyini deyib: “Post-Vestfalya dövrünə hazırlıqlı olmalıyıq. Vestfalya sonrası çox fərqli bir dünya meydana çıxacaq. Yeni nizam təbii ki, 10-20 ildə qurula bilməz, uzun müddət lazım olacaq. Birinci və ikinci dünya müharibələrini, hətta Əfqanıstan müharibəsi ilə başlanan və bu gün də davam edən Suriya, İraq və Liviya döyüşlərini, dünyadakı “baharlar” 30-100 illik döyüşlər kimi düşünək. Bu qarşıdurmaların sonunda yeni bir nizam qurulacaq. Yalnız Yaxın Şərqdə deyil, Avropa, Amerika və Asiyada bir çox “klan dövləti”nə hazır olsun”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.