Türkiyədə əyləncə məkanına silahlı basqın edildi: ölən və yaralanan var - Foto

30-03-2017, 07:45           
Türkiyədə əyləncə məkanına silahlı basqın edildi: ölən və yaralanan var - Foto
Türkiyənin Ədirnə əyalətinin Keşan rayonunda əyləncə məkanına silahlı basqın edilib.

Musavat.com-un məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, bir nəfər isə yaralanıb. Silahlı basqın gecə saatlarında meydana gəlib. Məlumata əsasən, 42 yaşlı S.E. şəxsi münaqişə zəmnində Böyük Cami məhəlləsindəki əyləncə məkanına gedərək buranı şərikli işlədən Əmrah və İlhan Ergene qardaşlarını güllələyib.

Nəticələ İlhan Ergene aldığı güllə yarasından həyatını itirib, Emrah Ergene isə ağır yaralanıb. Hadisəni törədən S.E. polislər tərəfindən saxlanılıb. Şübhəlinin də eyni məhəllədə əyləncə məkanı işlətdiyi bildirilir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru