Azərbaycanlı siyasi məhbus azadlığa buraxılıb

30-03-2017, 08:01           
Azərbaycanlı siyasi məhbus azadlığa buraxılıb
Azərbaycanlı siyasi məhbus Murtaza Muradpur azadlığa buraxılıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Gunaz.tv"-nin əməkdaşı Məhsa Mehdili öz "facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, azərbaycanlı gənc fəal artıq bir saatdır ki, azad olunub.

Xatırladaq ki, dünən azərbaycanlı gənc 65 gündür davam etdirdiyi aclıq aksiyasına anasının müraciətindən sonra son qoyub.

Qeyd edək ki, 29 yaşlı M.Muradpur ötən il “Beynəlxalq Ana dili” tədbirində iştirakına və Urmiya gölünün qurumasına etiraz etdiyi üçün həbs olunmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru