Merkeldən Türkiyəyə gözlənilməz dəstək: Avropaya çağırış etdi

31-03-2017, 07:19           

Almaniya kansleri Angela Merkel Avropa Parlamentində (AP) ən böyük dəstəyə malik olan Avropa Xalq Partiyasının Maltada keçirilən toplantısında etdiyi çıxışında Avropa Birliyini xarici sərhədlərini və qonşularını kifayət qədər düşünməməkdə qınayıb.
Turkustan.info Türkiyə mediasına istinadla xəbər verir ki, Avropanın Suriya məsələsində insanı məsuliyyət daşıdığını vurğulayan Merkel, “Burada insanı məsuliyyətimiz yoxdur deyəcəyik? Bu, Türkiyənin, İordaniyanın, Livanın məsuliyyətidir deyəcəyik? Reallıq odur ki, qaçqın düşərgələrinin maliyyələşdirilməsi məsələsini görməməzlikdən gəldik” deyib.
Buna görə də agır humanitar vəziyyətin yarandığını bildirən Merkel, bu işdə Türkiyənin fəaliyyətini təqdir edib.
Türkiyənin qaçqınlar məsələsindəki çalışmalarını tərifləyərək, “Bu günlərdə tənqid etsək də Türkiyə, 3 milyon qaçqın üçün çox şey etdi. Avropanın bu məsələdə Türkiyəni dəstəkləməsi lazımdır” ifadəsini söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru