“Kərkükdə Kürdüstan bayrağı endirilməyəcək” – Bərzaninin adamı

5-04-2017, 20:22           
“Kərkükdə Kürdüstan bayrağı endirilməyəcək” – Bərzaninin adamı
Bayraq və referendum məsələlərini müzakirə etmək üçün Kürdüstan bölgəsi heyətində Bağdada gedən Adnan Mufti Kürdüstan bayrağının Kərkükdən çıxarılmayacağını deyib.
Avropa.info xəbər verir ki, İraq baş naziri Heydər İbadi Kərkük şəhər hakimiyyəti nümayəndələrinə həmrəylik çağırışı edərək dövlət binalarında asılan Kürdüstan Regional Hökumətinin bayrağının endirilməsini istəmişdi.
Bir çox etnik və dini azlığın Kərkükdə bir yerdə sülh içərisində yaşaması çağırışını edən İbadi Kərkük valisi Nəcməddin Kərimdən Kürdüstan bayrağını çıxarmasını istəyib:
“Mən bütün iraqlıların baş naziri, siz Kərkük valisisiz. Bir qrupun tərəfini tutar və kürəyinizi digər qruplara çevirərsinizsə, bu bir uğur deyildir”.
Bərzaninin nümayəndəsi Adnan Müfti isə Kürdüstan bayrağının Kərkükdən qəti şəkildə endirilməyəcəyini bildirib:
“Kərkükdə Kürdüstan bayrağı heç bir halda endirilməyəcək. Bununla bağlı qərar qəbul ediləcəksə, Kərkük Vilayət Məclisi qərar verəcək. Sadəcə onlar belə qərar verə bilər”.
Xatırladaq ki, Kərkük yerli hakimiyyəti 28 martda rəsmi binalara İraqın dövlət bayrağı ilə yanaşı Kürdüstan bayrağını da asmaq qərarı qəbul etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.