“Türkiyə yeni islahata getməlidir” –Abdulla Güldən AŞPA-nın qərarına reaksiya
28-04-2017, 08:58
Türkiyənin 11-ci prezidenti Abdullah Gül AŞPA-nın qərarı ilə bağlı bəyanat verib.
A. Gül Tvitter hesabında "AŞPA-nın qərarına dair dəyərləndirməm" başlığı ilə açıqlama yayıb.
Gül Türkiyənin yeni islahat prosesinə girməsinin lazım olduğunu bildirib.
Qeyd edib ki, AŞPA-nın qərarına görə təəssüflənir: "Məsələyə münasibətimi bildirmək üçün bir müddət gözləməyi üstün tutdum. Rəsmilərimiz də lazımı mövqeyi ortaya qoydular".
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası Türkiyəni siyasi nəzarət altına almaq haqqında qərar verib.
AŞPA Türkiyəni siyasi nəzarət prosesindən 2004-cü ildə çıxarmışdı.