Tanınmış türk ozanı Bakıda konsert keçirdi - Fotolar

18-05-2017, 13:36           
Mayın 17-də Bakıda Türkiyənin tanınmış ozanı Kaya Kuzucu və həmkarı Ozan Manasın konserti keçirilib.Tanınmış türk ozanı Bakıda konsert keçirdi - Fotolar

Musavat.com xəbər verir ki, “Bir bədən iki can, Türkiyə-Azərbaycan Xəzər Şöləni” adlı konsert Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında baş tutub.

Gecədə ilk öncə hər iki ölkənin dövlət himnləri səslənib. Sonra Ülkü Ocaklarının genel başkanı Olcay Kılavuz, Azərbaycan ÜO-nın rəhbəri Hakan Seyhan çıxış edərək Azərbaycan-Türkiyə dostluğundan, Türk Dünyası birliyindən söz açıblar. Çıxışlardan sonra 2-ci Xəzər Şöləni konserti açıq elan olunub. Sənətçilər səhnəyə çıxaraq konsert proqramı ilə çıxış ediblər.




















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru