Atatürkə daha bir təhqir – “Dərin tarix” cəzalandı 19-05-2017, 08:55 Türkiyənin Bakırköy Respublika Prokurorluğu “Dərin tarix” jurnalının may sayı ilə bağlı istintaq prosesi başladıb.Axar.az “Hürriyyət”ə istinadən xəbər verir ki, dərgi “Atatürkün xatirəsinə açıq-aşkar təhqir” ittihamı ilə istintaqa cəlb olunub.Məhkəmə əsaslı dəlilin olmasını və Atatürkün həqiqətən də təhqir olunmasını əsas gətirərək, dərginin bu sayının toplanması haqda qərar verib. Facebook-da paylaş