İranda keçirilmiş prezident seçkilərində seçicilərin 70 faizi iştirak edib

20-05-2017, 09:32           
İranda keçirilmiş prezident seçkilərində seçicilərin 70 faizi iştirak edib
İranın bütün seçki məntəqələrində prezident seçkilərində keçirilən səsvermələr başa çatıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir.
Bəyanatda həmçinin qeyd olunur ki, seçkilərdə səsvermə hüququ olan ölkə vətəndaşlarının 70 faizi iştirak edib. Nazirlik 40 milyon seçicinin səs verdiyini bildirib.
Qeyd edək ki, ölkədə prezident seçkiləri ilə yanaşı, şəhər şuralarına və parlamentə növbədənkənar seçkilər də keçirilib. İranda 56 milyona yaxın insanın səsvermə hüququ var. Gün ərzində ümumilikdə 63 min seçki məntəqəsi fəaliyyət göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru