AKP növbədənkənar qurultay keçirir - VİDEO

21-05-2017, 10:41           
AKP növbədənkənar qurultay keçirir - VİDEO
Bu gün Ankrada AK Parti üçüncü növbədənkənar qurultayı öz işinə başlayır. Qurultayın işində iştirak edən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun musavat.com-a verdiyi məlumata görə, səhərin erkən saatlarında Ankaranaın Ulus səmtində yerləşən qurultay salonuna axın başlayıb.

Polislər yüksək səviyyədə təhlükəsizlik proseduru həyata keçirəndən sonra qurultay iştirakçılarını və AK Parti tərəfdarlarını əraziyə buraxırlar. Qurultayın işində bir xeyli sayda xarici mətbuat təmsilçiləri iştirak edir. Onlardan biri də R.Arifoğludur.

Baş yazar musavat.com-un əməkdaşı ilə söhbətində bildirdi ki, Azərbaycandan, müstəqil mediadan dəvət olunan tək nümayəndədir. O, ilkin məlumatları bizimlə bölüşdü: “Salonun içərisinə daxil olanda burda yüksək nizam-intizam olduğu görünür. Mən xarici media nümayəndələri üçün nəzərdə tutulan qismdən tədbiri izləyəcəm.

Xarici media nümayəndələri üçün xüsusi paket nəzərdə tutulub. Bu paketlərdə su, yemək və başqa lazım olan vasitələr qoyublar. Qurulaya maraq həddən artıq böyükdür. On minlərlə insan qurultay keçirilən ərazidədir”.

Günün davam edən saatlarında qurultayla bağlı məlumatları sizinlə bölüşəcəyik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru