340 milyonluq yaxtanı hansı azərbaycanlı alacaq?

21-05-2017, 19:39           

Bu il Bodrum Palmarinada ilk dəfə keçriləcək "Yaxtşou Eurasia" yaxta sərgisində 140 milyon lirə dəyərində "ikinci əl" yaxtalarla yanaşı, 200 milyon lirə dəyəri olan yeni yaxtalar satışa çıxarılacaq.

Qaynarinfo xəbər verir ki, 14 iyunda başlayacaq sərgidə ümumilikdə 180 yaxta satılacaq. Alıcılar arasında Qətər, Səudiyyə Ərəbistanı, Dubay, İngiltərə, Rusiya kimi ölkələrlə yanaşı, Azərbaycandan da alıcıların olacağı bildirilir. Azərbaycandan olan alıcıların xüsusən ikinci əl yaxtalara maraq göstərdiyi deyilir.

Bir çox məşhur şəxsin yaztasının satışa çıxarılacağı sərgidə boyları 3-45 metr arasında dəyişən ümumi dəyəri 340 milyon lirə olan yaxtalar satılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru