Azərbaycanlı İŞİD-çi Türkiyəni böyük terrordan "xilas" etdi - TƏFƏRRÜAT

21-05-2017, 19:54           

Ankarada keçirilən əməliyyat zamanı məhv edilən iki İŞİD terrorçusu ilə bağlı yeni məlumat yayılıb.

teref.az AzVision.az-a istinadən xəbər verir ki, Azəraycan vətəndaşının ifadəsi əsasında aparılan araşdırma zamanı terrorçuların xarici ölkə vətəndaşı olduğu üzə çıxıb.

İŞİD-çilərin Ankarada kirayə qaldıqları evdə axtarış zamanı 2 "kalaşnikov” avtomatı, çoxlu sayda əl qumbarası, güllə aşkar edilib. Məlum olub ki, İŞİD yaraqlılarının hədəfi AKP-nin bu gün keçirilən 3-cü növbədənkənar qurultayı olub.

Vaxtında həyata keçirilən əməliyyatla dəhşətli terror planının qarşısını alınıb.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada anti-terror əməliyyatı keçirilib. Əməliyyat zamanı Ankarada terror aktı planlaşdıran 2 İŞİD-çi zərərsizləşdirilib.

Ankara valisi Ercan Topaca əməliyyatın İstanbulda saxlanılan Azərbaycan əsilli İŞİD terrorçusunun ifadəsi əsasında həyata keçirildiyini deyib: "İstanbulda təqib edilən Azərbaycan əsilli şəxsin İŞİD üzvü olduğu üzə çıxıb. Onun avtomobil kirayələyərək Ankaraya 2 nəfər gətirdiyi şübhə yaradıb. Həmin şəxs saxlanılarkən İŞİD-çi olduğunu, iki nəfəri terrora aktı törətmək üçün Ankaraya gətirdiyini etiraf edib. Onun ifadəsindən sonra Ankarada əməliyyat keçirildi, hər iki terrorçu öldürüldü”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru